Xırdalanda binanın zirzəmisində meyit aşkarlanıb.

Unikal.org ONA-ya istinadən xəbər verir ki, hadisə Abşeron rayonu, Xırdalan şəhəri Z.Əliyeva küçəsində qeydə alınıb. Yeni tikilən binanın zirzəmisində 40-45 yaşlarında naməlum kişi meyiti aşkar edilib. Onun ölüm səbəblərini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.