Xəzər rayonunda qısqanclıq zəminində ər keçmiş arvadını bıçaqlayıb.

Unikal.org ONA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

1978-ci il təvəllüdlü İsayeva Rəna Əmirxan qızı yaşadığı evdə keçmiş əri ilə mübahisə edib. Əri qısqanclıq zəminində ona bıçaqla zərbə vurub. Yaralı xəstəxanaya göndərilib.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb.