Xantı-Mansiysk muxtar dairəsinin Nyaqani şəhərində eyni anda iki intihar hadisəsi baş verib.

Yaşlı adamların meyitlərini qonşular onların yaşadıqları evin həyətində aşkar ediblər.

Məlum olub ki, 72 yaşlı kişi ölümcül xəstəlikdən əziyyət çəkib, onun 69 yaşlı həyat yoldaşı isə qohumlarının yanında dəfələrlə əri olmadan yaşamayacağını deyib.

İlkin ehtimala görə, kişi ağrılardan çox əziyyət çəkdiyindən və arvadın bu yaşda ərinə sadiq qalması səbəbindən cütlük eyni anda özlərini öldürüblər. Onlar intihardan əvvəl yazdıqları məktubda belə bir istəklərini də qeyd ediblər: "Xahiş edirik, heç kimi günahlandırmayın!"(modern.az)