Xəbər verdiyimiz kimi, "Yeşilçam"ın sevilən aktyoru Aytaç Arman dünən dünyasını dəyişib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, onun ölümünə səbəb xərçəng xəstəliyinə tutulması olub.

Bu gün "Beyoğlu Atlas Sinema" zalında A.Armanla vida mərasimi təşkil olunub. 

Mərasimə Kadir İnanır, Halil Ergün, Mahsun Kırmızıgül, Ercan Kesal, Nuri Alço, Can Kolukısa, Volkan Severcan kimi məşhurlar qatılıb. 

Qeyd edək ki, uzun müddətdir xəstəxanada müalicə alan və bir ay əvvəl reanimasiyaya yerləşdirilən sənətçinin 69 yaşı var idi.