Fevralın 25-də Bakıdan havaya qalxan və Moskvanın “Şeremetyevo” hava limanında qəzalı eniş edən “Qolfstrim” biznes-jet təyyarəsinin yeni görüntüləri yayılıb.

Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki,  təyyarənin qəza enişini əks etdirən kadrlar müşahidə kamerası tərəfindən lentə alınıb. 

Xatırladaq ki, təyyarənin göyərtəsində 3 sərnişin - Azərbaycan vətəndaşı Asif Ələkbərov, Rusiya vətəndaşı Ariya Axmadova və Belarus vətəndaşı Valentina Davıdovskaya və 3 ekipaj üzvü olub - Elman Aslanov, Sergey Polumordvinov və Leyla Paşayeva. 

Rusiya İstintaq Komitəsi uçuş-enmə zolağından kənara çıxan təyyarəyə ciddi ziyan dəydiyini açıqlamışdı.(qafqazinfo.az)