Quba rayonunda fərdi təssərrüfatlardan birində saxlanılan qonur ayı  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən götürülərək  Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib. 

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşən qonur ayı baytar həkim tərəfindən müayinə olunub. Ayı mərkəzdə iki ay reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.