Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov yeni mətbuat xidmətinin rəisi təyin edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Kəmaləddin Heydərovun müvafiq əmri ilə, Yahya Babanlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, Yahya Babanlı "Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzinin rəisi olub. O, bir müddət öncə öz ərizəsi ilə vəzifəsindən ayrılıb.

Famil Fərhadoğlu