Türkiyəli müğənni Tuğba Özerkin atası Tunç Özerk dünyasını dəyişib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o, bu gün vəfat edib.

Xatırladaq ki, T.Özerk bir müddətdir reanimasiyaya yerləşdirilmişdi. 

Bu barədə ifaçı sosial media hesabında foto yayımlayaraq məlumat vermişdi. Tuğba paylaşımına bu sözləri yazmışdı:

"Atam. Canımın yarısı. O qədər çətindir ki... Bu ağrı keçsin. Yaxşılaşacaqsan və yenə qəhqəhələrimizin səsi yayılacaq. Ən öndə əyləşib yenə məni izləyəcəksən. Səni çox sevirəm".