“Sıla” və “Adanalı” serialı ilə məşhurlaşan aktyor Mehmet Akif Alakurt sosial media hesabındakı paylaşımı ilə müzakirə yaradıb.

Unikal.org xəbər verir ki, o, İnstaqram “Story”də türk qadınlarını aşağılayıb.

“Türk qadını kimdir? Xeyrini əldə edənədək “mükəmməl qadın” obrazını yaradan, hər fikrini təsdiq edən və “mən də sənin kimi düşünürəm” deyən, bir müddət sonra eyni fikirdə olduğunu iddia etdiyi düşüncələrdə olmadığı üçün əsas çirkin simasını nümayiş etdirən qadın. Yolun başında olanlar bunu qulaqlarına sırğa etsinlər” deyə, aktyor yazıb.

Onun bu fikirləri sosial mediada rezonans doğurub. Aktyorun ünvanına tənqidlər və təhqirlər yazılıb.