Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın xüsusilə iri məbləğdə dələduzluqda ittiham edilən qardaşı Aleksandr Sarkisyana ölkəni tərk etmnək qadağan olunub.

Unikal.org-un məlumatına görə, bu barədə "Ermənistan xəbərləri” portalı məlumat yayıb.
 
Qeyd edək ki, ilkin təhqiqatın gedişində A.Sarkisyana Ermənistan Cinayət Məcəlləsinin 178-ci "xüsusilə iri məbləğdə dələduzluq” maddəsinin 3-cü bəndinin 1-ci hissəsinə müvafiq ittiham irəli sürülüb.