Londonda süpürgəçi avtobusların birində tapdığı 300 min funt sterlinq (təxminən 396 min dollar -red) paytaxt polisinin Britaniya xidmətinə təhvil verib.

Unikal.org xəbər verir ki, bu barədə "Daily Mirror" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, sərnişinlərdən biri böyük məbləğdə pulu avtobusda qəhvəyi rəngli zərfdə unudaraq nəqliyyat vasitəsini tərk edib. Pulu tapan qadın isə onu polisə verib.

Nəşr pulu polisə təhvil verən dürüst süpürgəçinin adını açıqlamayıb. Ancaq qeyd edilir ki, o, Londonun təmizlik xidməti göstərən şirkətlərindən birinin əməkdaşıdır.