Çeçenistan rəhbəri Ramzan Kadırov respublikanın son 12 ildə inkişafını möcüzə adlandırıb.

Unikal.org xəbər verir ki, o bu barədə özünün Telegram səhifəsində yazıb.

Kadırov qeyd edib ki, atası Axmat Kadırovun kursuna sadiq qalaraq və Rusiya prezidenti Vladimir Putinin dəstəyi ilə Çeçenistan inkişafı yolunda möcüzəyə nail olub.

Respublika rəhbəri vurğulayıb ki, son illərdə Çeçenistan Rusiya Federasiyasının ən sabit və təhlükəsiz subyektlərindən birinə çevrilib.