Bu ilin iki ayında 42 PKK terrorçusu Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. Onun sözlərinə görə, terrorçulardan 27-si aparılan təbliğat və izahat işləri nəticəsində təslim olub. 

Nazir qeyd edib ki, Türkiyədə istehsal olunan milli texnologiyalar, o cümlədən pilotsuz aparatlar terrorçuların sığındığı yerlərin aşkarlanmasına əhəmiyyətli dərəcədə kömək göstərir.