Fırat Qalxanı əməliyyatı zamanı şəhid olan Uzman Çavuş Ayhan Elmacının təzminatı üçün atası, anası və ögey anası mübahisə edib. Bu mübahisənin nəticəsində onalar məhkəməlik olublar.

Unikal.org Türkiyə mət uatına istinadən xəbər verir ki, şəhidin əməliyata gedərkən Baş qərargaha verdiyi vəsiyyətnamə isə hər şeyi dəyişdirib. 123 bin liralık (təxm.60 min manat) şəhid təzminatı şəhidin üzərə çıxarılan vəsiyyətnaməsindən sonra əmisi Ali Elmacıya verilib. 

Bildirilir ki, 3 yaşından etibarən Ayhanın nənəsi, babası və əmisi Ali Elmacı böyüdüb. Çavuş Ayhan Elmacı, 29 Yanvar 2017də Suriyada şəhid olub. 
Baş qərargah 123 min lirəlik şəhid tazminatını məhkəmə başa çatana qədər kimsəyə verməyib. Silah yoldaşları İzmirdə yaşayan əmi Ali Elmacını axtarıb "Ayhan vəsiyyətnamə verib. Başqərargahdan soruşun" deyib. Ali Elmacı Baş qərargaha müraciət edib. Vəsiyyətnaməyə baxılıb.

Şəhid Ayhan Elmacı "Ölərsəm təzminat məni böyüdən varisim əmim Ali Elmacıya verilsin" yazılıb. Beləcə, ilk dəfə  şəhid təzminatı qanuni varisdən kənar şəxsə verilib.