Türkiyənin Dənizli bölgəsinin Pamukkale mahalında jandarma tərəfindən əməliyyat təşkil olunub. Əməliyyat zamanı musiqi zalları və əyləncə mərkəzlərində icazəsiz olaraq işlədikləri deyilən 20 əcnəbi qadın saxlanılıb.  

Unikal.org xəbər verir ki, saxlanmılan qadınların 8-i Özbək, 4-ü Qırğızıstan, 2-i Qazaxıstan, 5-i Azərbaycan, 1-i İran vətəndaşıdır. Qadınların ifadəsi alındıqdan sonra deportasiya edilmək üçün Dənizli Köç İdarəsi Müdirliyinə təslim edildi təslim edildi. Qadınları icazəsiz işlədən sahibkarlar barəsində inzibati əməliyyat başladılması üçün protokol tutulub.