Fevralın 22-dən martın 1-nə qədər davam edən 1 həftə ərzində Rusiyanın valyuta ehtiyatları 2,3 mlrd. ABŞ dolları və yaxud 0,48% artaraq 480,5 mlrd. dollardan 482,8 mlrd. dollara çatıb.

Unikal.org bu barədə Rusiya Bankına (Mərkəzi Bank) istinadən xəbər verir.

Xatırladaq ki, valyuta ehtiyatları adı çəkilən quruma və hökumətə məxsus yüksək likvdli xarici aktivlərdən ibarətdir.