Gürcüstanla Rusiyanı bağlayan Yuxarı Lars yolunda günün ikinci yarısında etibarən avtomobillərin hərəkətinə qadağa qoyulub. 

Unikal.org  xəbər verir ki, yolun bağlanmasına səbəb kimi həmin ərazidə güclü çovğunun olması göstərilib.

Hazırda yolda Azərbaycan, İran, Gürcüstan, Türkiyə, Rusiya və Ermənistana məxsus xeyli avtomobil dayanıb.