Əməkdar artist Zöhrə Abdullayevanın oğlu dünyasını dəyişdikdən sonra ilk dəfə görüntüsü yayılıb. 

Unikal.org axşam.az-a istinadən məlumatına görə, müğənninin fotosunu stilist Samiraldo paylaşıb. O, 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə Abdullayevanı təbrik etməyə getdiyini bildirib. 

İfaçının tanınmaz halda olması diqqətdən qaçmayıb. Onun saçları ağarıb, arıqlayıb. 

Qeyd edək ki, Z.Abdullayevanın oğlu beyin xərçəngindən əziyyət çəkirdi. O, 46 yaşında ötən il dünyasını dəyişib. Həmin gündən efirlərə çıxmayan müğənni artıq oxumayacağını bildirib.