Türkiyə ermənilərinin patriarxı Mesrob Mutafyan dünyasını dəyişib.

Unikal.org  “Hürriyet”ə istinadən xəbər verir ki, patriarx müalicə aldığı “Yedikule Surp Pırgiç” erməni xəstəxanasında ölüb. Məlumata görə, 10 ildir  müalicə alan Mutafyan infarktdan vəfat edib. 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan patriarxın ölümü ilə bağlı baş yepiskop Aram Ateşyana başsağlığı verib.