Martın 8-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

Unikal.org  "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb. 

Telefon danışığı zamanı Hindistan-Pakistan sərhədində baş verən hadisələr və Suriyadakı hazırkı vəziyyət müzakirə edilib.