Son iki ayda Gürcüstanda 17 nəfərin dəm qazından boğularaq ölməsi faktı qeydə alınıb. Yüzə yaxın insan isə dəm qazından zəhərlənib.

Unikal.org xəbər verir ki, dəm qazından ölüm və boğulmaların 80 faizi paytaxt Tbilisidə və ətraf qəsəbələrdə kirayə evlərdə qeydə alınıb. Həmin evlərdə insanlar heç bir standartlara cavab verməyən qızdırıcı vasitələrdən istifadə ediblər və təbii qaz sızması da məhz bu səbəbdən baş verib. 

Hazırda hökumət və aidiyyəti qurumlar qazdan istifadə zamanı təhlükəsizlik normalarına riayət edilməsi və standartlara uyğun olmayan qızdırıcı cihazlardan istifadə qaydalarını sərtləşdirən yeni qanun layihəsi hazırlayır. 

Layihənin yaxın günlərdə parlamentə təqdim olunacağı gözlənilir.