İranın Kərəc-Çalus magistral yolunda bir nəfər qar uçqunun altında qalıb.

Unikal.org xəbər verir ki, 2 xilasetmə qrupu hadisə yerinə ezam olunub.

Xilasetmə əməliyyatı davam edir.

Payızdan indiyədək İranın Kərəc-Çalus magistralında azı 20 dəfə qar və torpaq uçqunu baş verib.