Myanmanın qərbində naməlum şəxslərin polis postuna hücum etməsi nəticəsində hüquq-mühafizə orqanlarının 9 əməkdaşı qətlə yetirilib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Sinhua" agentliyi məlumat yayıb.

Bildirilir ki, təqribən daha iki qanun keşikçisi yaralanıb.

Polisin məlumatına görə, hücum Rakhayn ştatında Ponnaqün qəsəbəsində baş verib.