Bu gün səhər Efiopiyada göyərtəsində 157 sərnişinin olduğu “Boeing 737” təyyarəsi qəzaya uğrayıb.

Unikal.org-un  “RİA Novosti’ agentliyinə istinadən verdiyi məlumata görə, Efiopiya baş naziri Abiy Əhməd Əli “Ethiopian Airlines” aviaşirkətinə məxsus olan və Keniyaya Nayrobi şəhərinə uçan təyyarənin  qəzaya uğradığını bildirib.

Baş nazir Efiopiya hökuməti və xalqı adından qəzada ölənlərin ailələrinə başsağlığı verib.