Efiopiyada qəzaya düşən "Boeing 737" sərnişin təyyarəsində 35 ölkənin 157 vətəndaşı həyatını itirib. 

Unikal.org xəbər verir ki, bu barədə “Ethiopian Airlines” aviaşirkəti məlumat yayıb. Bildirilib ki, ölənlərdən 149 nəfəri sərnişin, 8-i isə heyət üzvüdür.
Həlak olanlar arasında Keniya, Kanada, Efiopiya, İtaliya, Çin, ABŞ, Böyük Britaniya, Fransa və Almaniya vətəndaşları da var. 

Məlumata əsasən, təyyarə qəzasında Slovakiya parlamentinin deputatı Anton Qrnkonun həyat yoldaşı, oğlu və qızı ölüb. İtaliyanın Siciliya əyalət nazirinin də məlum qəzada həlak olduğu bildirilir.