Ermənistanda oğul atasını xüsusi qəddarlıqla qətlə yetirib.

Unikal.org Shamshyan.com-a istinadən xəbər verir ki, hadisə Kotaysk vilayətində baş verib. 

Vilayətin Djrvej kəndində qətlə yetirilmiş kişi cəsədi aşkarlanıb. Əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları cəsədin 64 yaşlı Melkon Çolaxyana aid olduğunu müəyyənləşdiriblər. Onun bədənində kəsici alətlə çoxsaylı yaralar müəyyən edilib. Polis cəsədin yanında iki bıçaq aşkar edib.

Təhqiqat zamanı M. Çolaxyanın oğlu, 36 yaşlı Qevork Çolaxyan tərəfindən qətlə yetirildiyi müəyyən edilib. 

Daha əvvəl Ermənistanda sakin etiraz əlaməti olaraq öz avtomobilini meriya binasının pilləkənində yandırmağa çalışıb.