Yardımlı rayonunda qətl törədən 2 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 221-ci (xuliqanlıq) maddələri ilə axtarışda olan R.Məmmədov və İ.Hüseynov saxlanılıblar.