Martın 9-da Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş C.Əzimov evində münaqişə zəminində bacısına bıçaqla xəsarət yetirib.

DİN-dən Unikal.org-a verilən xəbərə görə, qadın xəstəxanaya yerləşdirilib. 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.Əzimov saxlanılıb Qaradağ RPİ tərəfindən araşdırma aparılır.