Türkiyənin paytaxtı Ankarada avtostop işarəsi göstərərək avtomobil dayandırmaq üçün yol kənarında dayanan 4 litsey şagirdi təcavüzə uğrayıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, yol kənarında duran 4 gənc oğlanı ər-arvad dərs bəhanəsiylə evinə aparıb və cinsi istismara məruz qoyub. 

Polis əməliyyata başlayıb və təcavüzdə ittiham olunan T.K. və həyat yoldaşı H.K arvad tutulub. 

Sözügedən şagirdlər 14 və 15 yaşlarında olub. T.K arvadı H.K ilə “dərslərinizdə kömək edə bilərəm” deyib, onları öz evlərinə aparıblar. Tələbələrlə yemək yedikdən sonra cütlük onlara təcavüz edib və telefonun kamerası ilə lentə alıb. Cütlük təcavüzdən saxlanılaraq həbsxanaya sövq edilib.