Gəncədə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Unikal.org-un qafqazinfo-ya istinadən  məlumatınaa görə, şəhərin Heydər Əliyev prospektində hərəkətdə olan avtomobil hələ ki, kimliyi məlum olmayan 50-55 yaşlarında kişini vurub. Sürücü xəsarət alan piyadanı xəstəxanaya çatdırıb. Tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda ölən piyadanın kimliyi müəyyənləşdirilir.