Kürdəmir rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org Report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında, Bakı-Qazax avtomobil yolunun 190 km-də qeydə alınıb.

"Mercedes Vito" markalı mikroavtobus arxadan digər "Mercedes" markalı sərnişin avtobusuna çırpılıb və yol kənarına aşıb. Nəticədə 1993-cü il təvəllüdlü Şəmkir rayonu Düyərli kənd sakini 

Rüfanə Akif qızı Aslanova, 1992-ci il təvəllüdlü Fərid Ayaz oğlu İsmayılzadə və 1959-cu il təvəllüdlü Akif Sayad oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Ucar rayonunda yol qəzası baş verib.