İsmayıllıda 20 yaşlı qadın itkin düşüb.

Unikal.org-un məlumatına görə, Məhərrəm Məhərrəmov Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edərək bacısı, 1999-cu il təvəllüdlü Gültəkin Vaqif qızı Məhərrəmovanın itkin düşdüyünü bildirib. O, müraciətində qeyd edib ki, 1 övlad anası olan G.Məhərrəmova 15 gün əvvəl azyaşlı uşağı ilə birlikdə İsmayıllı rayonu Qubaxəlilli kəndinə ata evinə gedib. Martın 10-da saat 13-14 radələrində ata evindən xəbərsiz çıxıb və bir daha geri qayıtmayıb.

G.Məhərrəmova barədə məlumatı olanlardan DİN-in "102" xidmətinə zəng etmələri xahiş olunur.