Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya güclərinin Yəmənin Hacca vilayətindəki Kushar bölgəsinə hava hücumu nəticəsində 23 dinc sakin ölüb, daha 20 nəfər yaralanıb.

Unikal.org Anadolu agentliyinə istinadla xəbər verir ki, Yəmənin Al Masirah televiziya kanalında evlərin havadan bombalanmasının görüntüləri nümayiş etdirilib. Yəmən Səhiyyə Nazirliyinin məlumatında deyilir ki, ölənlər arasında uşaqlar və qadınlar çoxluq təşkil edirlər. Yaralılardan da əksəriyyətinin vəziyyətinin ağır olduğu, ölü sayının arta biləcəyi bildirilir. Eyni zamanda, xilasedicilər bombaların dağıtdığı evlərin altında qalmış insanları xilas etmək üçün tədbirlər həyata keçirirlər.