Martın 11-də saat 8 radələrində Füzuli rayonunun Fin qəsəbəsi ərazisində Bərdə rayon sakini İ.Məmmədov idarə etdiyi “Ford Transit” markalı avtomobili qarşıda dönmə əməliyyatı edən qəsəbə sakini S.Vəliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə vurub.

DİN mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, nəticədə S.Vəliyev xəstəxanaya aparılarkən yolda ölüb, İ.Məmmədovun 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Füzuli RPŞ tərəfindən araşdırma aparılır.