Ucar rayonunda fərdi yaşayış evi yanıb.

Unikal.org xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Bərgüşad kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini Asif Səbzəliyevə məxsus dördotaqlı, 80 kvadratmetr evdə naməlum səbəbdən yanğın başlayıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Ev və içərisindəki əşyalar tamamilə yanıb, ətraf tikililər yanğından mühafizə edilib.

Faktla bağlı araşdırma aparılır.