“Türk Hava Yolları” şirkəti “Boeing 737 Max 8” sərnişin təyyarələri ilə uçuşları dayandırıb.

Unikal.org  xəbər verir ki, bununla bağlı Türkiyə Mülki Aviasiya Təşkilatı qərar qəbul edib. Qərara əsasən, şirkətin balansında olan 3 “Boeing 737 Max 8” sərnişin təyyarəsi uçuşu başa vurmadan geri çağırılıb.

Qeyd edək ki, martın 10-da Efiopiyada “Boeing 737 Max 8” sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 157 nəfər həlak olub. Bu hadisədən sonra bir sıra ölkələr “Boeing” təyyarələri ilə uçuşları dayandırıblar.