Göyçay rayonunun Alxsava kəndində bıçaqlanma hadisəsi baş verib.

Unikal.org-un report-a istinadən xəbərinə görə, yerli sakin Bilal İmranov bıçaqlanma diaqnozu ilə yaxınları tərəfindən Göyçay Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə çatdırılıb.

Həkimlərin səyi nəticəsində xəstənin həyatı xilas edilib. Hadisənın kim tərəfindən törədildiyi araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.