Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran şəhərinin, Viravul kəndində 1974-cü il təvəllüdlü Hacıyev Şamo Hacıbaba oğlunun meyitinin Viravul çayından çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri Ş.Hacıyevin meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.