Biləcəridə ərzaq mağazası yanıb.

FHN-dən Unika.org-a verilən məlumata görə, Binəqədi rayonunun Biləcəri qəsəbəsində ümumi sahəsi 100 m² olan ərzaq mağazasının yanar konstruksiyaları, içərisində olan mallar qismən yanıb.

Mağazanın anbarı və bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.