Azərbaycan şahmat qrossmeysteri Şəhriyar Məmmədyarov, hazırda Qazaxıstanın Astana şəhərində keçirilən Dünya Çempionatında iştirak edən yığma komandamızın üzvlərinə dəstək olub.

Unikal.org xəbər veri ki, o hazırda davam edən dünya birinciliyində iştirak edən yığmamızın üzvləri Rauf Məmmədov və Eltac Səfərliyə dəstək mesajı verib. Dünyanın ən güclü  şahmatçılarından biri kimi tanınan "Şah" ləqəbli şahmatçımız şəxsi "feysbuk" hesabında komanda yoldaşları ilə bağlı belə yazıb:

"Rauf Məmmədov və Eltac Səfərli kimi oğullarla qürur duymaq lazımdır. Bizim keçmişimiz və sabahımızsınız! Siz olmasaydız ölkə şahmatında heç bir uğurdan danışmaq olmazdı. Övladlarımızı onlardan daha üstün edək, sonra onları pisləyək! Hər zaman sizinləyəm və sizi dəstəkləyirik!”.