Kütahya şəhərinin Gediz mahalında polisin təşkil etdiyi  əməliyyat zamanı fahişəlikdə və fahişəliyə zəmin yaratmaqda təqsirləndirilən  dəstə saxlanılıb. Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılan 15 nəfərdən 6-sı həbs olunub. 

Türkiyə polisindən bildirilən məlumata görə, təxminən iki ay davam edən istintaqdan sonra  şübhəlilərlə bağlı əvvəlcədən müəyyən edilmiş ünvanlara eyni vaxtda əməliyyat təşkil edilib.  Saxlanılan 15 nəfər arasında pul qarşıllığında cinsi münasibətdə olduğu deyilən azərbaycan əsilli K.İ adlıqadın da olub.  O ifadəsi alındıqdan sonra Türkiyədən Azərbaycana deportasiya edilib.