Super Liqada çıxış edən “Çaykur Rizespor”un oyunçusu ukraynalı oyuncusu Mikola Morozyukun həyat yoldaşı İrina Morozyuk qəzaya düşüb. 
Unikal.org
Tükriyə mətbuatına sitinadən xəbər veirr ki, qəza nəticəsində futbolçunun həyat yoldaşı yaralanıb. 

Məlumata görə, Derepazarı istiqamətinə gedən Kadem Oğur idarəsindəki 53T0447 nömrəli taksi ilə qarşıdan gələn Köksal Arabikoğlunun istifadə etdiyi 55 AAK 848 nömrəli avtomobil toqquşub. 

Qəzada taksidə olan Irina Morozyuk yaralanıb. Morozyuk hadisə yerinə gələn təcili yardım maşını lə xəstəxanaya aparılıb. 

Futbolçu Mikola Morozyuk isə qəza haqqında məlumat alan kimi, axşam məşqinə qatılmadan xəstəxanaya gedib. Daha sonra İrina Morozyuk xəstəxanadan fotosunu paylaşaraq “Narahat olmayın yaxşıyam. Dəstəyiniz üçün çox təşəkkür edirəm”.