Azərbaycanlı K-1 ustası, məşhur idmançı Zabit Səmədov Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşüb.

Unikal.org xəbər verir ki, bu barədə idmançı özü İnstaqram hesabında foto paylaşıb. 

Qeyd edək ki, görüş İstanbulda baş tutub. Zabit Səmədov paylaşdığı fotoya bu qeydləri yazıb: “Türk və İslam dünyasının lideri, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşmək şərəfinə nail oldum”.