20 İyun 2019
Səfər Əbiyev yenidən fəaliyyətə başladı - Çeçenlərə görə, jurnalistə medal verdi (FOTO)
Səfər Əbiyev yenidən fəaliyyətə başladı -Çeçenlərə görə, jurnalistə medal verdi (FOTO) CƏMİYYƏT 13:16 2019-03-13

Xəbər verdiyimiz kimi, Ermənilərin saxtakarlıqlarını ifşa edən və çeçenlərlə azərbaycanlılar arasında yaranmış konfliktin müsbət yöndə həlli üçün daha çox fəallıq göstərən isə Rusiyada yaşayan azərbaycanlı, Misra TV-nin rəhbəri Fuad Abbasov olub. O, sosial şəbəkələrdə özünə məxsus səhifələr vasitəsi ilə həm çeçenlərə, həm də azərbaycanlılara müraciət edərək bildirib ki, baş verənlər təxribatdır, məqsəd isə hər iki xalqı bir-birinə düşmən olmağa yönləndirməkdir. F.Abbasov baş verənlərə səbirlə yanaşmağı, iki qonşu dövlətin xalqlarının dostluq, qardaşlıq videoları çəkərək yaymağı xahiş edib. Bu çağırışdan sonra Rusiyanın hər yerində yaşayan azərbaycanlılar və çeçenlər bir süfrə arxasına toplşaraq bəyanatlar yayıblar.

Unikal.org xəbər verir ki, bu hadisədən sonra "Dədə Qorqud" Milli Fondunun və "Azərbaycan Dünyası" Beynəlxalq Jurnalının Ağsaqqallar Şurası yaranmış gərginliyin sakitləşdirilməsi, iki qardaş xalq arasında dostluq münasibətlərinin daha da dərinləşməsi yönündə göstərdiyi fəallığa və erməni saxtakarlığını ifşa etdiyinə görə Fuad Abbasovun "Vətən Övladı" ordeni ilə təltif edilməsinə qərar vermişdi.

Qərarı əsas tutaraq Fondun rəhbəri Eldar İsmayılov və üzvləri -  Azərbaycan Respublikasının eks-müdafiə naziri Səfər Əbiyev, Namiq Əliyev, Sakit Məmmədov ordeni təqdim etmək üçün Fuad Abbasovla görüşüblər. "Vətən Övladı" ordeni təntənəli surətdə Fuad Abbasova təqdim edilib.


  • Səfər Əbiyev yenidən fəaliyyətə başladı -Çeçenlərə görə, jurnalistə medal verdi (FOTO)
  • Səfər Əbiyev yenidən fəaliyyətə başladı -Çeçenlərə görə, jurnalistə medal verdi (FOTO)