Azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə “Rufo Gəncinski” kimi tanınan Ülfət Tağıyevin həbsdən fotosu yayılıb.

Unikal.org Yenicag.az-a istinadla xəbər verir ki, 2013-cü ildə azadlıqdan məhrum edilən Tağıyev cəzasını hazırda Rusiyanın “Volqa” türməsində çəkir. “Qanuni oğru”nun həbsinin motivləri tam bəlli olmasa da, onun “Ded Xasan”ın ölümündə əli olduğu bildirilir.

O, 2021-ci ilin sentyabrında azadlığa çıxacaq.

Qeyd edək ki, “Rufo Gəncinski” mərhum “qanuni oğru” Rövşən Lənkəranskinin ən sadiq adamlarından olub. O, elə məhz 2012-ildə Dubayda məhz Lənkəranski tərəfindən taclandırıb.