20 İyun 2019
Metro stansiyası UÇDU - Dağıntılar altında qalanar var (VİDEO)
Metro stansiyası UÇDU -Dağıntılar altında qalanar var (VİDEO) DÜNYA 14:31 2019-03-13

Türkiyənin İzmir şəhərində tikilməkdə olan metro stansiyası uçub.

Unikal.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə zamanı iki işçi dağıntılar altında qalıb. Onların xilas edilməsi istiqamətində əməliyyata başlanılıb.

Gecə saatlarında baş verən qəzadan səhər işçilər xəbər tutub. Bildirilir ki, ərazidə yağıntılı hava şəraitinin təsiri ilə deponun altından keçən su boru xətti partlayıb. Lakin dəqiq səbəblər araşdırılır.

Çökmənin genişlənməsi ehtimal edilir.