Ötən gün yol qəzalarında 2 nəfər piyada ölüb.

DİN-dən Unikal.org-a verilən məlumata görə, martın 12-də saat 20 radələrində Beyləqan şəhərinin ərazisində şəhər sakini Ş.Təhməzov idarə etdiyi "Mitsubishi" markalı avtomobillə yolu keçən həmyerlisi T.Nağıyevi vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Martın 12-də saat 20 radələrində Qusar rayonunun Aladaş kəndi ərazisində rayon sakini Z.Paşayev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi C.Ağamuradovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki faktla bağlı RPŞ tərəfindən araşdırma aparılır.