Cəlilabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri keçirilib.

Bu barədə Unikal.org-a DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumata verilib.  

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, rayon sakini İlqar Nəzərov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 1 bükümdə təmiz çəkisi 104,641 qram narkotik vasitə tiryək və 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,167 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.