Braziliyada iki yeniyetmə məktəbdə silahlı insident törədib.

Unikal.org-un  “Globo” portalına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 7 nəfər ölüb, azı 17 nəfər xəsarət alıb. Silahlı insident yerli vaxtla 9:30-da baş verib. Bundan sonra həmin yeniyetmələr intihar edib. Hadisənin səbəbləri hələlik məlum deyil.

Şahidlərin dediyinə görə, yeniyetmələrdən biri odlu silahla, digəri isə bıçaqla silahlanıbmış. İnsidentin səbəbləri araşdırılır.