Avropa Parlamenti Türkiyə ilə müzakirələrin təxirə salınmasına dair qərar qəbul edib.

Unikal.org xəbər verir ki, qalmaqallı qərara Ankaradan sərt reaksiya verilib. 

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib ki, sözügedən qərar qərəzli və qəbuledilməzdir. 

Onun sözlərinə görə, Türkiyə tərəfi bunu dəyərsiz, hökmsüz və nüfuzu olmayan bir qərar kimi qiymətləndirir. AKP rəsmisinin fikrincə, belə bir qərar qəbul etməklə Avropa Parlamenti demokratik inkişafa açıq olmadığını nümayiş etdirib.